CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda sərnişindaşımada ciddi yenilik - Avtobuslar...

"Çox güman ki, belə davam etsə, müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq. Avtobuslar ancaq həyati əhəmiyyətli sahələrdə çalışanlar üçün xidmət göstərəcək"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 2 aprel — Sputnik Azərbaycan. Bakıda müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırıla bilər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, metronun fəaliyyəti dayandırılandan sonra metrostansiyalar arası ekspress avtobuslar istifadəyə verilib. Həmçinin müntəzəm marşrut avtobuslarının sayı artırılıb. Buna baxmayaraq sərnişindaşımada sıxlıq yaşanır:

"Çox təəssüf ki, insanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əməl etmirlər. Ekspress avtobuslar əsasən həyatı əhəmiyyətli sahələrdə çalışanları daşımaq üçün nəzərdə tutulub. Amma sərnişinlər bir çox hallarda ehtiyac olmadan evdən çıxırlar. Bu isə həyatı əhəmiyyətli sahələrdə çalışan sərnişinlərin daşınmasında çətinliklər yaradır. Çox güman ki, belə davam etsə müntəzəm marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq. Avtobuslar ancaq həyati əhəmiyyətli sahələrdə çalışanlar üçün xidmət göstərəcək. Əks halda, sərnişindaşımada yaranan sıxlığın qarşısını almaq çətindir. Bu da virusun yayılma təhlükəsini artırır. Əlbəttə ki, sərnişindaşıma ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargahın belə bir qərarı olsa, biz onu icra edəcəyik".