CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aztəminatlı əhaliyə yardım oluna bilər - RƏSMİ

Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər.
Sputnik

BAKI, 2 aprel — Sputnik. "Vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib:

"Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər. Amma hələ ki, bu yardımın məbləği müəyyən edilməyib. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələlik bu barədə hansısa dəqiq rəqəm demək mümkün deyil".