Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu cür vəziyyətdə çevik reaksiya göstərməyi seçib. Buna görə də Qadın sığınacağında yaşayan qadınlar özləri gün ərzində 30-40 yenidən istifadə edilə bilən maska tikir və onları ehtiyacı olan şəxslərə pulsuz paylayırlar.
“İlk öncə uşaqlarımızın təhlükəsizliyini qorumaq qərarına gəldik. Daha sonra isə bütün sakinlər üçün maskalar tikdik. Və sonda xəstə adamlar və ehtiyacı olanlara az da olsa dəstək verməyə çalışdıq”, - deyə Mehriban xanım bizimlə bölüşüb.
Onların bu təşəbbüsü tamamilə könüllüdür. Onlar “COVID-19” virusunun bizi bir-birimizdən təcrid etdiyi bir dönəmdə, ictimai məsuliyyətin və insanpərvərliyin nə olduğunu bizə bir daha xatırlatmış oldu.
Qeyd edək ki, bu maskalar öncədən dezinfeksiya edilmiş cins parçadan tikilir və onlar daha sonra yuyulub, ütülənib, bir daha istifadə edilə bilər.