RUSİYA

Putin hökumətə FV ilə bağlı səlahiyyət verdi

Qanun koronavirusun yayılması ilə bağlı olan çağırışlara təcili reaksiya verən zaman münasibətləri həll etmək üçün hazırlanıb
Sputnik

BAKI, 1 aprel – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkədə fövqəladə vəziyyət elan etmək üçün hökumətə icazə verib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı

Qeyd edilir ki, qanun koronavirusun yayılması ilə bağlı olan çağırışlara təcili reaksiya verən zaman münasibətləri həll etmək üçün hazırlanıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, hökumət koronovirusun yayılması ilə bağlı Rusiyada fövqəladə vəziyyət tətbiq etməyin mümkünlüyünü müzakirə etmir.

Son məlumatlara görə, Rusiyada 2800- yaxın insan virusa yoluxub. Onlardan 24 nəfəri ölüb, 190 nəfəri sağalıb. Bütün dünyada 860 mindən çox adam koronavirusa yoluxub, 42 min insan vəfat edib.