CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya girişdə postlar qurulub – Qaydalara riayət etməyənlər saxlanılır

Abşeron, Xırdalan və Masazırda qurulan postlar zərurət olmadığı halda evdən çıxan vətəndaşlar üçün nəzərdə tutulub.
Sputnik

BAKI, 1 aprel — Sputnik. Kütləvi informasiya vasitələrində Bakıdan Abşerona giriş-çıxışa məhdudiyyət qoyulduğu barədə məlumatlar yer alıb.

Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb.

Karantin rejimini pozduğuna görə iki nəfər həbs edildi

K.Əliyev bildirib ki, Abşeron, Xırdalan və Masazırda qurulan postlar zərurət olmadığı halda evdən çıxan vətəndaşlar üçün nəzərdə tutulub.

"Bilirsiniz ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə müəyyən qaydalar təsdiq edildi. Vətəndaşlara zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə edilib. Amma biz bu gün müşahidə edirik ki, vətəndaşlar bu qaydalara riayət etmirlər. Qoyulmuş postlar istisnalar olmadan evdən çıxan vətəndaşlar üçündür. Bəzi vətəndaşlar zərurət olmadığı halda şəhərdən şəhərə keçməyə çalışırlar", – BDYP rəsmisi deyib.

K.Əliyev həmçinin qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarını pozan vətəndaşlara əvvəlcə tövsiyələr edilir. Qaydalara qarşı çıxanlara isə qanunvericiliyə müvafiq olaraq inzibati tənbeh tədbirləri həyata keçirilir.

"Bu gün qoyulan postlar sadəcə NK-yanında Operativ Qərargahın müvafiq qaydalarına riayət etməyənlər üçün nəzərdə tutulub. Gələcəkdə hansı qərarlar olacaqsa, postlar həmin qərara uyğun çalışacaq" – deyə K.Əliyev vurğulayıb.