İQTİSADİYYAT

"Yaxşı söhbət": Neftin qiymətinin qaldırılması planlaşdırılır

Tramp deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla "yaxşı söhbət" edib
Sputnik

BAKI, 1 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiya və Səudiyyə Ərəbistanı ilə neft sektorunu dəstəkləmək məqsədi ilə dünya bazarlarında neftin qiymətinin artırılması məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

"Onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) toplaşmağı planlaşdırır, biz hamımız nə edə biləcəyimizi dəyərləndirmək üçün toplaşmağı planlaşdırırıq. Çünki siz sənayenizi itirmək istəmirsiniz. Bu, minlərlə, minlərlə iş yerdir", - deyə Tramp vurğulayıb.

O etiraf edib ki, aşağı neft qiymətləri bir tərəfdən ABŞ aviaşirkətlərinə yardım edir, digər tərəfdən ABŞ-ın neft sənayesinə zərbə vurur: "Bu iki ölkə bunu müzakirə edir. Lazım olsa, mən də qoşulacağam", - deyə Tramp əlavə edib.

Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla "yaxşı söhbət" edib.

"Bazar həzm edəcəkmi?" Norveç neft hasilatını artırmaq istəyir

Qeyd edək ki, Hindistan bu maliyyə ilində (martın sonuna qədər davam edir) neftin alınmasına 95,96 milyard dollar xərcləyib ki, bu da ötən illə müqayisədə 12% azdır. Əgər neft bir barel üçün 50 dollardan çox olarsa, bu sahə Hindistan ixracının 21%-ni təşkil edərdi. Ötən ay Hindistanın neft və qaz naziri Carmendra Pradxan vurğulayıb ki, əgər bir barel üçün neft 50-60 dollar olsa idi, o, çox xoşbəxt olardı.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.