İranda koronavirusdan ölənlərin sayı 3 mini keçdi

Bir gün ərzində 138 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3036-ya çatıb.
Sputnik

BAKI, 1 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 3111 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi təmsilçisi Kiyanuş Cahanpur bildirib.

Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı

"Son 24 saat ərzində koronavirusa 2987 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 47593-a çatıb. Bir gün ərzində 138 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3036-ya çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 44606 şəxsdən 15473-ü sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 770 min nəfəri keçib, 36 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.