Məşhur futbolçunu stula bağlayıb evini yardılar

Ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı Eşlı Koul hazırda “Çelsi”nin akademiyasında çalışır.
Sputnik

BAKI, 1 aprel — Sputnik. İngiltərə milli yığma komandasının və "Çelsi"nin sabiq futbolçusu Eşli Koulun evi qarət olunub.

Sputnik Azərbaycan "The Sun"a istinadən xəbər verir ki, maska və kamuflyaj geyinən oğrular arxa qapıdan evə giriblər. Onların Koulu hədələyərək, stula bağladıqları və qiymətli zinət əşyalarını apardıqları bildirilir.

Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı Koul hazırda “Çelsi”nin akademiyasında çalışır.