BAKI, 1 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 19,43 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,12 dollar geriləyərək 22,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 20,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.