İranda koronavirusdan ölənlərin sayı 3000-ə çatır

İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 3111 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.
Sputnik

BAKI, 31 mart — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 3111 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 3111 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 44606-a çatıb. Bir gün ərzində 141 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2898-ə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 44606 şəxsdən 14656-ı sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 770 min nəfəri keçib, 36 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.