Ölümcül virusa yoluxanların sayı 770 mini keçdi

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 164 min 274 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İtaliya ilk yerdədir. Belə ki, bu ölkədə 101 739 yoluxma qeydə alınıb.
Sputnik

BAKI, 31 mart — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 770 520-ə çatıb. Bu barədə Sputnik AzərbaycanSouth China Morning Post-a istinadən xəbər verir.

Moskvada 4 nəfər koronavirusdan öldü

Məlumata əsasən, bu virusa yoluxmuş 36 942 nəfər vəfat edib, 158 883 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 58417 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 3316 artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 164 min 274 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İtaliya ilk yerdədir. Belə ki, bu ölkədə 101 739 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.