SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Xalqımız etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadır"

"Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Sputnik

BAKI, 30 mart — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad edib.

Sputnik Azərbaycan bildirir ki, M.Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib. 

"Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - Birinci vitse-prezidentin paylaşımında qeyd olunur.