CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bomboş Bakı küçələri: Əhali xüsusi karantin rejimində - Video

Koronavirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmiş xüsusi karantin rejiminə görə Bakı tamamilə təcrid edilib. Şəhərin mərkəzi küçələri və parklarının necə göründüyünü videomuzda izləyin.
Sputnik

Azərbaycanda “COVID-19” virusunun yayılmasının qarşısını almaq üçün bir sıra əlavə tədbirlər qəbul edilib. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Sputnik Azərbaycan şəhərin mərkəzi küçələrinə baş çəkib və yeni rejiminin necə işlədiyini müşahidə edib.

Azərbaycan Respublikasında son bir gündə 64 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.