İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 19 dollara düşüb

Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 31 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,62 dollar ucuzlaşaraq 19,23 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,28 dollar artaraq 23,04 dollar, "Light" markalı neftin qiyməti isə 1,14 dollar bahalaşaraq 21,23 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.