SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna XİN: “Qarabağda keçirilən “qondarma” seçkiləri tanımırıq

Bəyanatda vurğulanır ki, qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 mart - Sputnik. Ukrayna Xarici İşlər Nazirliyi 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş tutumuş qondarma "prezident və parlament seçkilərini" qəti şəkildə qınayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir: "Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının  suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün çıxış edir".