ABŞ-da virusdan ölənlərin sayı 2500-ü keçdi

Birləşmiş Ştatlarda koronavirusdan ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə 776 nəfər ölüb
Sputnik

BAKI, 30 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarında "COVİD-19" koronavirus infeksiyasından ölənləri sayı 2513-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları təsdiqləyir.

Ümumilikdə koronavirusun aşkarlandığı şəxslərin sayı 143 mindir.

Birləşmiş Ştatlarda koronavirusdan ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə 776 nəfər ölüb.

Ümumilikdə bu virusa yoluxan 4865 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib, 33 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.