BAKI, 30 mart — Sputnik. Türkiyədə bir sutka ərzində koronavirusa yoluxanların sayı 1610 nəfər olub. Bununla ümumi xəstələrin sayı 10827, ölənlərin sayı 168 olub. Qonşu ölkədə bir gündə 37 nəfər dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu rəqəmləri ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlayıb.
"Bu gün 11535 test aparılıb, onlardan 1610-u müsbət çıxıb. Cəmi 10827 yoluxan var. Bu gün 37 xəstə itirdik. Ölənlərin sayı 168-ə çatıb. 162 xəstə sağalıb, 725 adam isə reanimasiyadadır", - F.Koca Twitter-də yazıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirus epidemiyasını pandemiya elan edib. Son məlumatlara görə, dünya üzrə 700 minədək yoluxan, 30 mindən çox ölən var.