RUSİYA

Putin: "Meşə çaqqalsız olmaz, amma..."

Rusiya prezidenti: “İstənilən spekulyasiyaların, məhsulların qiymətlərinin inhisarçı şəkildə qaldırılmasının qarşısı sərt şəkildə alınmalıdır”
Sputnik

BAKI, 30 mart – Sputnik. Rusiya prezidenti Vladimir Putin koronavirusla bağlı karantin tədbirləri çərçivəsində ölkədə qiymət artımının qarşısının sərt şəkildə alınması ilə bağlı tapşırıq verib.

Rusiyada uşaqlı ailələrə üç ay boyunca əlavə pul veriləcək

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Putin koronavirus ətrafındakı vəziyyətlə əlaqədar bölgələrdəki səlahiyyətli nümayəndələri ilə birgə müşavirə keçirib.

“Regionlar arasında əmtəə axınlarını məhdudlaşdırmaq üçün hər hansı cəhdləri istisna etmək, eləcə də istənilən spekulyasiyaların, məhsulların qiymətlərinin inhisarçı şəkildə qaldırılmasının qarşısını almaq lazımdır”, - deyə Rusiya Prezidenti bəyan edib. 

“Vurğulamaq istəyirəm ki, ölkəmiz bir böyük ailədir. Amma necə deyərlər, "meşə çaqqalsız olmaz”. Ona görə də xahiş edirəm ki, istənilən spekulyasiya faktının qarşısı sərt şəkildə alınsın”, - deyə Putin əlavə edib.

O, dövlət başçısının tapşırıqlarının yerlərdə yerinə yetirilməsini təmin etməyi səlahiyyətli nümayəndələrindən xahiş edib.