RUSİYA

Rusiyada koronavirusa yoluxanların sayı 1800-ü keçdi

Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib
Sputnik

BAKI, 30 mart — Sputnik. Son bir gündə Rusiyanın 35 regionunda "COVID-19" virusuna 302 yoluxma qeydə alınıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Operativ Qərargahının yaydığı məlumatda bildirilir.

Ümumilikdə Rusiyanın 71 subyektində 1836 nəfər bu virusa yoluxub, onlardan 8-i vəfat edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib, 33 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.