RUSİYA

Əvvəl qonşuda, sonra bizdə – 20 min AZN-lik cərimələr gəlir

Karantin zamanı faəliyyətləri ətrafdakı şəxslərə təhlükə törədən fiziki şəxslər 15-40 min rubl (318 AZN – 848 AZN) , vəzifəli şəxslər isə 50-150 min rubl (1061 AZN - 3183 AZN) həcmində cərimələnə bilər.
Sputnik

BAKI, 30 mart — Sputnik. Rusiya hökuməti karantin qaydalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı dəyişiklikləri qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

"Hazırda bizim məqsədimiz – hadisələri qabaqlamaq, virusun yayılmasının qarşısını almaqdır", - deyə Baş nazir müavinlərinin iştirakı ilə keçirilən iclasda bildirib.

Karantin rejimini pozan kafe aşkar edilib

Belə ki, Rusiyada İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən əgər karantin qaydalarına əməl etməməsinə görə digər şəxs koronavirusa yoluxub və vəfat edibsə, fiziki şəxslər 150 mindən 300 min rubla (3183 AZN – 6367 AZN) qədər, vəzifəli şəxslər isə 300 min rubldan – 500 min rubla (6367 AZN – 10612 AZN) qədər cərimələnəcək,

Karantin zamanı faəliyyətləri ətrafdakı şəxslərə təhlükə törədən fiziki şəxslər 15-40 min rubl (318 AZN – 848 AZN) , vəzifəli şəxslər isə 50-150 min rubl (1061 AZN - 3183 AZN) həcmində cərimələnə bilər. Ən maksimum cərimə məbləği isə milyon rubla (21224) çatır. Bu növ cəza fəaliyyəti digər şəxsin ölümünə səbəb olan hüquqi şəxslərə tətbiq olunacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib, 33 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.