Milli Məclisin daha bir komissiyasının yeni tərkibi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında" qanun layihəsinə baxılıb
Sputnik

BAKI, 30 mart — Sputnik. Milli Məclisin Toponimiya komissiyasının yeni tərkibi müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında" qanun layihəsinə baxılıb.

Toponimiya komissiyasının yeni tərkibinin aşağıdakı kimi təşkil edilməsi təklif olunub:

- Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik)

- İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti)

- Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı)

- Sevinc Fətəliyeva (Milli Məclisin deputatı)

- Musa Quliyev (Milli Məclisin deputatı)

- Əziz Ələkbərov (Milli Məclisin deputatı)

- Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru)

- Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru)

- Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi)

- Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi)

- Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri)

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.