VİDEO

Makron xəbərdarlıq edir: Koronavirusa görə Şenqen zonası dağıla bilər

Fransa prezidenti Emmanuel Makron öz avropalı həmkarlarına koronavirusla bağlı Şenqen zonasının məhv ola bilmə riski ilə bağlı xəbərdarlıq edib.
Sputnik

Avropa Birliyi dövlət başçılarının martın 26-da baş tutan zirvə görüşündə Makron bəyan edib ki, üzv ölkələr yeni böhranla mübarizədə həmrəylik nümayiş etdirməsələr, pandemiya Şenqen və açıq sərhədlər daxil olmaqla Avropa Birliyinin əsaslarını məhv edə bilər.