İrana qarşı sanksiyalar ləğv edilsin! – Trampa basqılar getdikcə böyüyür

Amerikalı siyasi publisist və filosof Noam Homski kimi 400-dən çox mədəniyyət xadimi və ictimai fəal şənbə günü Kanadada Sülh və diplomatiya İnstitutu tərəfindən nəşr olunan açıq məktubu imzalayıblar.
Sputnik

BAKI, 29 mart — Sputnik. Kanada, ABŞ, Avropa və Asiyadan olan yüzlərlə müəllim və fəal vətəndaş Donald Tramp administrasiyasına İrana qarşı birtərəfli sanksiyaların ləğv edilməsi üçün təzyiq göstərməyə çağırıb.

Sputnik Azərbaycan İranın rəsmi mənbələrinə istinadla xəbər verir ki, onlar bununla bağlı Beşlik ölkələri hökumətlərinə və ABŞ Konqresinə məktub ünvanlayıblar.

İranda koronavirusa yoluxanların sayı 38 mini keçdi, Xatəmi də xəstədir

Amerikalı siyasi publisist və filosof Noam Homski kimi 400-dən çox mədəniyyət xadimi və ictimai fəal şənbə günü Kanadada Sülh və diplomatiya İnstitutu tərəfindən nəşr olunan açıq məktubu imzalayıblar.

"2018-ci ildə Donald Tramp administrasiyası BMT TŞ-nin 2231 saylı qətnaməsini pozub və Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb, İrana birtərəfli sanksiyalar tətbiq edir və maksimum təzyiq siyasətini qəbul edir”, - deyə məktubda bildirilir.

"ABŞ hökuməti ABŞ-ın sanksiyalarının İrana humanitar yardımlara mane olmadığını bəyan etsə də, İranda fəaliyyət göstərən mülki təşkilatlar, beynəlxalq yardım təşkilatları və başda Human Rights Watch olmaqla hüquq-müdafiə qrupları, ABŞ-ın sanksiyaları, o cümlədən, bank məhdudiyyətləri iranlıların tibbi avadanlığa və əsas dərman vasitələrinə çıxışına ciddi şəkildə mənfi təsir göstərib”, - sənəddə qeyd olunub. 

Xatırladaq ki, ən son məlumatlara görə, İranda koronavirusa yoluxma hallarının sayı 38309-a yüksəlib. 2640 nəfər xəstəlikdən vəfat edib, 12391 nəfər isə sağalıb. ABŞ-ın və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar İranda koronavirusla mübarizəyə ciddi əngəl yaratmaqdadır.