CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 1400-dən çox tənha yaşlıya şad xəbər

Yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Sputnik

BAKI, 29 mart — Sputnik. Son günlər ərzində Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə sosial xidmətlərin göstərilməsi ilə bağlı 11543 müraciət daxil olub.

DİN: Karantin rejimi qaydalarını pozanlar həbs edilib

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, həmin vətəndaşlardan 1408-nin evlərində tək yaşayan yaşı 65-dən yuxarı şəxslər olduğu müəyyən edilib. Qeyd olunan şəxslər üçün sosial xidmətçilər təhkim edilib və onlara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.

Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər. Hazırda yaşı 65-dən yuxarı ümumilikdə 11 minədək tənha yaşayan şəxsə bu xidmətlər göstərilir.

Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.