BAKI, 29 mart — Sputnik. Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.