CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Durum acınacaqlı deyil, amma..." - Bakı polisi əhaliyə çağırış edir

"Bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"
Sputnik

BAKI, 29 mart — Sputnik. Bütövlükdə işin ümumi ahəngi və bizim çağırışlarımız, tövsiyələrimiz ona yönəlib ki, əhali koronavirusa və pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərməli, həmrəylik nümayiş etdirməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O bildirib ki, xüsusi zərurət və ehtiyac olmadıqda vətəndaşların çölə çıxmamaları tövsiyə olunur.

Belə ki, vətəndaşlar həmrəylik göstərməklə əslində dövlətə, bu sahədə təşkilatlanmış strukturlara kömək etmiş olurlar ki, bu da polisin iş yükünü azaldır: "Dünyada baş verənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə baxdıqda və Azərbaycanla müqayisə etdikdə, ölkəmizdə durum o qədər acınacaqlı deyil. Amma bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir".