Şevçenko: "Bu, Çernobıla bənzəyir"

Ukrayna milli  yığma komandasının baş məşqçisi koronavirus pandemiyasını Çernobıl Atom Elektrik Stansiyasında qəzanın baş verdiyi dövrə bənzədib
Sputnik

BAKI, 29 mart — Sputnik. Andrey Şevçenko COVİD-19 virusu haqda fikirlərini bölüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "Goal.com" idman saytı məlumat verib.

Ukrayna özünə qapanır – Xariclə əlaqə kəsilir

Ukrayna milli  yığma komandasının baş məşqçisi koronavirus pandemiyasını Çernobıl Atom Elektrik Stansiyasında qəzanın baş verdiyi dövrə bənzədib: "Həmin vaxt mənim 9 yaşım var idi. Çox çətin dövr idi. Yeganə çıxış yolu dövlətin verdiyi qərarlara tabe olmaq idi. Belə bir vəziyyətdə ən doğrusu evdən çıxmamaqdır".

44 yaşlı mütəxəssis özü ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib. O, hazırda Kiyev ətrafındakı evində yaşadığını və artıq 10 gündür özünü təcrid etdiyini diqqətə çatdırıb.

Baş məşqçinin fikrincə, heç kim yoluxmadığını əminliklə söyləyə bilməz: "Biz küçəyə çıxmamalıyıq. Təkcə özümüzü yox, hamıdan əvvəl virusun böyük təhlükə doğuracağı insanları düşünməliyik".