SƏHİYYƏ

Papanın koronavirus testinin nəticələri açıqlanıb

Vatikanın nümayəndəsi Matteo Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb.
Sputnik

BAKI, 29 mart - Sputnik. Vatikanın nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib. 

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papada və onun ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb. 

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə , nə Müqəddəs Atada, nə də ki ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”.