GMO məhsulları necə müəyyən etmək olar

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, GMO-nun lobbiçiliyini aparan insanların sayı artıb
Sputnik

“Azərbaycanda məhsulların GMO olmasını müəyyənləşdirən az sayda laboratoriya mövcuddur. Biz o laboratoriyaların ikisini 3 il öncə test etmişik”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, GMO məhsullar Azərbaycana Türkiyə vasitəsilə keçirilir: “Çox təəssüf ki, son vaxtlar GMO-nun lobbiçiliyini aparan insanların sayı artıb. Ümumdünya Ticarət Təşkilatı da GMO-nun arxasında durur və bütün dünyaya onu transfer etmək istəyir. Azərbaycanda da GMO bitkiçiliyi, əkinçiliyi var. GMO-nun əlamətlərindən biri onun nəsil törədə bilməməsidir. Lakin Azərbaycanda olan laboratoriyalar GMO haqqında susur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz