CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir

Abşeronun Buzovna qəsəbəsinin özündə tarixmizə aid çoxlu sirr saxladığını ağlımıza da gətirməzdik. Lakin bu belədir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Buzovna Bakının ən qədim yaşayış yerlərindən biridir. Bəzi tətqiqatçılara görə (E. M. Mürzəyev və s.) Buzovna adı "buz","pus","ov" və "na" komponentlərindən ibarət olub, "suya girən burun və ya çıxıntıdakı" yer mənasını daşıyır.

Tədqiqatçılara görə, "pus" dimdik mənasını verir və İran toponimikasında coğrafi termin kimi istifadə edilir. Abşeron yarımadasında Puza, Siyah Puza və s. burunlar var.

Bir başqa versiyaya görə, Buzovna sözünü xalq təbabətində işlədilən bitki adı ilə də əlaqələndirirlər. Bu söz səhvən "Buz ovu", "Buzov ovu" kimi də izah edilir. Bəzən Buzovna sözü "dənizdən gələn meh" kimi də təfsir edilir.

Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir

Buzovna qəsəbəsi tarixi abidələrlə zəngindir. Dar küçələr, qədim adları daşıyan məhəllələr Buzovnanın qədim tarixə malik olduğunu sübut edir.

Qəsəbə ağsaqqalı Mirzə Ağabəylinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Buzovna ərazisində Qafqaz Albaniyasının islamaqədərki dövrünə (III əsr) aid memarlıq abidəsinin qalıqları qalmaqdadır. Xalq arasında "Tərsa piri" və "Nəsrani məscid" adlandırılan dini abidəyə indi də sitayiş edənlər var.

Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir

Bu pir qədim tarixə malikdir. Hətta qəsəbə sakinləri iddia edir ki, pirə inanmayanlar uğursuzluğa düçar olurlar. Bunun Abşeronda Qafqaz Albaniyası dövrünə aid yeganə məbəd olduğu bildirilir.

Mütəxəssislərə görə, Buzovna haqqında Brokhauz və Efronun ensiklopedik lüğətində də məlumat var. Burada yaşayış məntəqəsinin ikinci adı Buzona kimi qeyd olunub və göstərilib ki, Buzovna Bakı quberniyasının qədim yaşayış yerlərindən biridir.

Mirzə Ağabəylinin sözlərinə görə, yerli əhalinin "Qarapaltar piri" adlandırdığı türbənin inşası 1306-cı ilə aiddir. Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki "Qara paltar piri" nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır.

Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir

Ağabəyli deyir ki, buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və Şağan kəndlərində də var: "Buzovnanın qədim qəbiristanlığında Xəlifə Əli və Muhamməd Mömin türbəsinin xarabalıqları qalır. Türbəni 1641-ci ildə usta Pərviz tikib. Türbəni Buzovnanın kübar, varlı qadınlarından olan Bəkixan adlı bir qadın inşa etdirib. Türbənin ərəbcə yazılmış kitabəsində adları çəkilən Buzovnalı Xəlifə Əli və onun atası Xəlifə Qoçəli Abşeron xəlifələrindən olublar".

Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir

Qeyd edək ki, Buzovna qəsəbəsindəki Nazranlı məhəlləsindəki məşhur "Qarapaltar piri"nin ərazisi zəbt edilib.

Abidənin ətrafı hasarlanıb və onu görünməz edib. Onun mühafizə zonasına daxil olan ərazidəki qədim divarları sökülərək dağıdılıb...