SƏHİYYƏ

Nyu-Yorkda koronavirusdan ölümün dəhşətli statistikası açıqlandı

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 105 min 573 nəfər koronavirusa yoluxub, 1711 nəfər ölüb, 895 nəfər isə sağalıb.
Sputnik

BAKI, 28 mart - Sputnik. Son iki gün ərzində Nyu-Yorkda hər 17 dəqiqədən bir koronavirusdan kimsə ölür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə New York Post xəbər verir.

Ümumilikdə şəhərdə 450 nəfər bu virusdan ölüb. 

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 105 min 573 nəfər koronavirusa yoluxub, 1711 nəfər ölüb, 895 nəfər isə sağalıb.

Dünya üzrə 622 min 450 nəfər koronavirusa yoluxub, 28 794 nəfər ölüb, 135 779 nəfər isə sağalıb.