CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxan xəstələr yeni xəstəxanada müalicə alacaqlar

Bu gün açılışı olan “Yeni klinika” tibb müəssisəsində koronavirusa yoluxan xəstələr müalicə alacaqlar
Sputnik

BAKI, 28 mart - Sputnik. Bu gün Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə tibb müəssisəsinin açılışında bildirilib. Qeyd olunub ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.