CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda altı yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama verildi

TƏBİB martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib.
Sputnik

BAKI, 28 mart — Sputnik. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib.

TƏBİB-in Mətbuat Katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini gözləmək lazımdır.

Onun sözlərinə görə, uşaq xəstəxanaya çatdırılan zaman vəfat edib. "O, kəskin qarın simptomu diaqnozu ilə xəstəxanaya daxil olub”-, - deyə mətbuat katibi bildirib.