İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı

Bu saata olan məlumata görə isə, İspaniyada koronavirusa yoluxanların sayı 6 min 273, ölənlərin sayı isə 493-dür.
Sputnik

BAKI, 27 mart — Sputnik. Son bir sutkada İspaniyada ölənlərin sayı bu aya görə ən yüksək göstərici olub. Belə ki, ötən gün İspaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 718 olub.

Sputnik Azərbaycan-ın worldometers.info-ya istinadən məlumatına görə, ötən gün virusa yoluxanların sayı 8 min 271 idi. Daha öncəki gündə bu virusdan ölənlərin sayı 656, yoluxanların sayı isə 7 min 457 idi. Rəqəmlərin sayının artması ilə ölkədə adıçəkilən virusdan ölənlərin sayı 4 min 858-ə çatıb.

Bu saata olan məlumata görə isə, İspaniyada koronavirusa yoluxanların sayı 6 min 273, ölənlərin sayı isə 493-dür.