Unudulmayacaq qəhrəmanlıqlar - Müharibənin komandoya çevirdiyi sadə mexanizator

Heç kəs öz daxilindəki potensialı bilmir. Tovuzlu Sadıq Əliyev də müharibədə bir anda mexanizatordan "Rembo"ya çevrilib. Belə qəhrəmanlarımızla fəxr etməliyik.
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Tovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir. Düşmən postları ilə əhatə olunan kənddə elə bir ev yoxdur ki, onun üzərində güllə izləri olmasın. Müharibənin həm evində, həm həyatında dərin izlər buraxdığı müsahibim Sadıq Əliyevin evi isə kəndin üst hissəsində, düşmən postuyla sadəcə 100-120 metr məsafədə yerləşir.

Unudulmayacaq qəhrəmanlıqlar - Müharibənin komandoya çevirdiyi sadə mexanizator

Müharibənin başlanması, qarşı tərəfin aqressiyası sadə mexanizator olan Sadıq Əliyevi cəsur döyüşçüyə, kəşfiyyatçıya, silah yaradıcısına çevirib. İlk olaraq öz evinin müdafiəsinə qalxan S.Əliyevin qorxmazlığı, hünəri az müddətdə onun ətrafına xeyli sayda həmkəndlisinin toplanmasına səbəb olub. S.Əliyev kustar üsulla hazırladığı silahlarla onlarla birgə kəndin müdafiəsini təşkil edib. Evini qərargaha, kəndin ətrafında yaratdğı və adını daşıyan 5 postu isə alınmaz səngərə çevirib. Bu gün də həmin ərazilər onun adıyla Sadıq 1, Sadıq 2 və digə adlarla adlandırılıb. Sputnik Azərbaycan-la söhbətində S.Əliyev münaqişənin onu dinc həyatından necə döyüşçüyə çevirməsi haqda danışıb:

Unudulmayacaq qəhrəmanlıqlar - Müharibənin komandoya çevirdiyi sadə mexanizator

“80-ci illərin sonlarından qonşu respublikaya aid kəndlərdən təxribatçı hücumlar başlandı. Əvvəlcə əksər evlərdən oğurluq edir, qoyun-quzu, mal-qara aparırdılar. Mənim də bir ov tüfəngim vardı. Evin yaxınlığında bir səngər qazıb keşik çəkməyə başladım. Basqınlar artdıqca ətrafımdakı insanların da sayı artırdı. Gecələri kənddə gəzib, müdafiəni təmin edirdik. 1990-cı ildən başlayaraq basqın xarakterli hücumlar artıq işğal məqsədilə edilməyə başladı. Beləcə mən də döyüşçüyə çevrildim” - deyərək sözə başlayıb.

Unudulmayacaq qəhrəmanlıqlar - Müharibənin komandoya çevirdiyi sadə mexanizator

İlk olaraq evinin arxasında post quran S.Əliyev sonralar onların sayını 5-ə çatdırıb. Onun rəhbərliyilə 130 könüllü öz kəndlərinin müdafiəsini təşkil edib. Ov tüfənglərindən başqa kustar üsulla hazırladığı partlayıcı maddələrlə mütəşəkkil düşmən hücumlarını dəf edilməsindən söhbət açıb:

Unudulmayacaq qəhrəmanlıqlar - Müharibənin komandoya çevirdiyi sadə mexanizator

“Əvvəllər şüşələrə benzin töküb kiçik partladıcılar düzəldirdim. Yandırıb düşmən texnikasının üstünə atırdıq. Sonradan avtomobi amorizatorlarından qumbara hazırladım. Eyni zamanda dəmir boruları qaynaq edib raket hazırlamağa başladım. “Alazan” mərmiləri atırdı. Çox vaxt mərmiləri də özüm yığırdım. Bu silahların qorxusundan erməni biz tərəfə gələ bilmirdi. Onlar axşam xəbərlərdə deyirdilər ki, Tovuz istiqamətindən atılan mərmilərin nə olduğu bilinmir” - deyə Əliyev məlumat verib.

Müharibənin sonrakı gedişində də S.Əliyev ordumuzla çiyin-çiyinə kəndi müdafiə edib. Atəşkəsdən sonra yenidən normal həyatına qayıtmaq istəyən 74 yaşlı Əlibəyli sakininə bu demək olar ki, müyəssər olmayıb. Atəşkəs olmasına baxmayaraq, müxtəlif çaplı artileriya qurğularından atılan mərmilər onun evinin dəfələrlə dağılmasına səbəb olub. Traktoru, qaynaq aparatı, mal-qarası düşmən gülləsinin qurbanına çevrilib. 3 il öncə düşmən səngərindən açılan atəşlə həyat yoldaşının vurulması isə onun atəşkəs dövründə ən böyük itkisi olub.