CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili tibbi yardım avtomobillərindən sui-istifadə edən şəxslərə DİN-dən xəbərdarlıq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobillərindən istifadə edərək postlardan keçməyə cəhd göstərən vətəndaşlarla bağlı xəbərdarlıq yayıb. 
Sputnik

BAKI, 27 mart - Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobillərindən istifadə edərək postlardan keçməyə cəhd göstərən vətəndaşlarla bağlı xəbərdarlıq yayıb. 

Sputnik Azərbaycan-a DYPİ-dən verilən məlumata görə, ölkədə karantin rejimi elan olunmasına və bununla əlaqədar respublika üzrə sərnişindaşınma fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar özlərini təcili tibbi yardım avtomobili ilə xəstaxanaya aparılan xəstənin yaxını kimi təqdim edir, nəqliyyat vasitəsinə sərnişin kimi minir və həkimlərin etirazına rəğmən xəstə ilə birgə onların da daşınmasını tələb edirlər.

Xəstənin qohumlarının təkidi ilə üzləşən tibb heyəti məcburiyyət qarşısında onları təcili yardım avtomobilinə mindirsə də, həmin şəxslər keçid postlarında saxlanılır və onların hərəkətləri karantin rejiminin pozulması kimi qiymətləndirilərək məsuliyyətə cəlb edilməklə geri qaytarılırlar.

"Belə halların təkrarlanmaması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına sağlamlıqlarının qorunması naminə ölkədə tətbiq olunan katrantin rejiminə ciddi riayət etməyi və məsuliyyətə cəlb edilməmək üçün müxtəlif yollarla polis postlarından keçməyə cəhd göstərməməyi tövsiyə edir" - deyə, BDYPİ-nin məlumatda bildirilir.