CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə iki sahibkarın obyekti yanıb

Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Ötən gecə Bərdə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Ballıqaya” və gözəllik salonunda yanğın hadisəsi baş verib. Hər iki sahibkarlıq obyekti yanaraq külə dönüb. FHN Yanğın söndürmə briqadasının ciddi səyləri sayəsində yanğının başqa obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.