Türkiyə Baş nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi – DEVA Partisi) sədri seçilib.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Əli Babacan əsas diqqəti ölkənin iqtisadi vəziyyətinə yönəldib:
“O, Türkiyəni çətin iqtisadi vəziyyətdən çıxarmaqla bağlı proyektlərini təqdim edir. Türkiyədə yeni partiyaların yaranması həm Ərdoğana, həm də AKP-yə olan müxalifliklə əlaqəlidir. Türkiyənin üzləşdiyi iqtisadi, siyasi çətinliklər partiyaların yaranmasını zəruri edir. Amma o da qeyd olunmalıdır ki, bu gün Ərdoğanın yürütdüyü siyasətin dəstəkçisi yetərincədir. Hazırda AKP-yə qarşı olanların sırası genişlənməkdədir. Yeni yaranmış partiyaların Ərdoğanın siyasətini üstələməsi üçün zaman lazımdır. Sonrakı proseslərin necə olacağını seçkilər müəyyən edəcək”.
Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz