BAKI, 26 mart — Sputnik. Bu gün dünyanın əksər ölkələrini cənginə alan koronavirus ABŞ-da da can almağa davam edir. Sputnik Azərbaycan-ın BBC-yə istinadən xəbərinə görə, ABŞ-ın pandemiyanın yeni mərkəzi ola biləcəyi açıqlanıb. Bu barədə isə Ümumdünya Səhiyyə Təşkilatının ABŞ-a xəbərdarlığında bildirilib. Bunun səbəb i isə son günlərdə ABŞ-da rəqəmlərin durmadan artması ilə izah edilir.
Belə ki, 69 min koronavirus xəstəsi olan ABŞ-da ən ağır vəziyyət isə Nyu-Yorkda qeydə alınıb. Bildirilir ki, açıqlanan rəqəmlərin tən yarısı Nyu-Yorka aiddir. Nyu-Yorkda vəziyyətə nəzarəti ələ almaq üçün isə insanların, xüsusən də gənclərin daha çox üz tutduqları basketbol meydançalarından basketbol səbətləri yığışdırılıb. Basketbolla yanaşı Nyu-Yorkda digər idman növləri də rəsmən qadağan edilib.
Qeyd edək ki, təkcə ötən gün Nyu-Yorkda 33 min yeni koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da daha öncəki günlə müqayisədə 7 min çoxdur. Ötən gün Nyu-Yorkda ölənlərin sayı isə 366 olub.
ABŞ-da ümumilikdə isə 75665 virusa yoluxan var, onlardan 1100 nəfəri ölüb.