RUSİYA

Rusiyada bir həftə tətil olacaq

Konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsindən danışan Putin qeyd edib ki, insanların sağlamlığı birinci yerdə olduğundan səsvermənin vaxtı mütləq dəyişdiriləcək
Sputnik

BAKI, 25 mart - Sputnik. "Bizim əsas prioritetimiz vətəndaşların sağlamlığıdır". 

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda vətəndaşlara müraciətində deyib. 

Həkimlərə, bütün tibb işçilərinə təşəkkürünü bildirən dövlət başçısı Rusiyanın qonşu olduğu bir neçə dövlətdə koronavirusla bağlı vəziyyətin çox çətin olduğunu deyib.

Konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsindən danışan Putin qeyd edib ki, insanların sağlamlığı birinci yerdə olduğundan səsvermənin vaxtı mütləq dəyişdiriləcək.

Həmçinin Rusiya Prezidenti gələn həftəni ölkə ərzində qeyri-iş həftəsi elan edib, insanları evdə oturmağa səsləyib.