BAKI, 25 mart — Sputnik. Planlaşdırılmış uçuş keçirən "Su-27" təyyarəsi, ilkin məlumatlara görə, Qara dəniz akvatoriyasına düşüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Bildirilir ki, Feodosiyadan 50 km aralıda hava gəmisi qəza siqnalı ötürüb.
Pilotun xilas edilməsi üçün əməliyyata "An26" təyyarəsi və "Mi-8" vertolyotu, sualtı qayıq əleyhinə gəmi, eləcə də hadisə yerinə yaxın olan mülki gəmilər cəlb olunub.
"Əməliyyatın keçirildiyi ərazidə pilotun axtarışını mürəkkəb meteoroloji amillər əngəlləyir", - Müdafiə Nazirliyinin məlumatında deyilir.