CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla sərhədimiz daha bir müddət bağlı qalacaq

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti uzadılır
Sputnik

BAKI, 25 mart - Sputnik. Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılır.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Xatırladaq ki, cənub qonşumuzla sərhəd fevralın 29-dan etibarən bağlanıb.