BAKI, 25 mart — Sputnik. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd xüsusi karantin rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.
Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edir.