İQTİSADİYYAT

Azərbaycanda qeyri-formal əməyi necə ləğv etmək olar – ekspert rəyi

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, qeyri-formal əmək bazarında çalışan insanları formal əməyə stimullaşdıracaq addımlar atılmalıdır
Sputnik

“Məşğulluq haqqında” 2018-ci il 29 iyun tarixli qanunda “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyevin həmin Qanunun tətbiqi barədə 2018-ci il 24 avqust tarixli fərmanında “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərin hazırlanması tapşırılmışdır. 25 fevral 2020-ci il tarixli Fərmanla artıq həmin siyahı təsdiq edilib.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, qeyri-formal əməyin ləğv edilməsi üçün görülən tədbirlərin istənilən halda effekti olacaq:

“Ancaq bizdə elə sahələr var ki, ümumiyyətlə orada formal məşğulluğu təmin etmək mümkün deyil. Ancaq mexanizmlərin tətbiq edilməsi iri şirkətlərdəki qeyri-formal əməyin ləğv edilməsi üçün effektiv ola bilər. Qeyri-formal əməyin ləğvi üçün kompleks tədbirlər lazımdır. Qeyri-formal əmək bazarında çalışan insanları formal əməyə stimullaşdıracaq addımlar atılmalıdır”.

Sahib Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz