Distant təhsilin ilk günündə uşaqlarla valideynlərə şok yaşatdılar

Milli Təhsil Nazirliyi distant təshsilin ilk günü keçmiş baş nazir Adnan Menderesin edam səhnələrinin şagirdlərə göstərilməsi ilə bağlı araşdırma başlayıb.
Sputnik

BAKI, 24 mart — Sputnik. Türkiyədə distant təhsilin başladığı ilk gün şagirdlər və valideynləri şok yaşayıblar.

Sputnik Azərbaycan CNN Türk-ə istinadən bildirir ki, EBA telekanalı ilə yayımlanan dərslər zamanı Türkiyənin keçmiş baş naziri Adnan Menderesin edam edilməsi səhnələri göstərilıib.

Distant təhsil və imtahanlar: bu iş necə olacaq?

Bu barədə açıqlama verən Təhsil naziri Ziya Selcuk komandası ilə birlikdə həftə ərzində üç distant təhsil kanalı hazırlamaq üçün zəhmət çəkdiklərini, hazırlanmış proqramın isə, komandaya etibar etdiyindən, yoxlanılmasına gərək duymadığını deyib. 

"Bu cür görüntüləri mən də təqdir etmirəm və uşaqlara uyğun olmadığını düşünrəm. Məktəblərdə tədris proqramında necə tədbirliyiksə, distant təhsil materiallarında da eyni həssaslığı göstərməliyik", - Selcuk deyib. 

Bununla yanaşı, Təhsil naziri bildirib ki, animasiyanı hazırlamaqda məsuliyyət daşıyan əməkdaşlar haqda araşdırma aparılır. Üstəlik, bundan sonra distant dərslər üçün seçilən materialların daha dəqiq yoxlanacağına söz verib.

On il Türkiyənin baş naziri olmuş Adnan Menderes 1960-cı ildə hakimiyyətdən devrilib. 1961-ci il sentyabrın 17-də İmralı adasında edam edilib.  1990-cı il sentyabrın 17-də qəbri İstanbulda hazırlanan xatirə məzarına köçürülüb.