CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pəncərələri açın, yaz gəlir

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var
Sputnik

BAKI, 24 mart — Sputnik. Martın 25-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-9° isti, gündüz  13-18° isti, Bakıda  gecə 7-9° isti, gündüz 16-18° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  7-12° isti olacaq.