İdlibdə türk əsgərlərə xain hücum

Ötən həftə türk hərbçilər M-4 trasında (Hələb - Latakiya yolu) patrul xidməti apararkən analoji hücuma məruz qalmışdılar. Həmin hadisə zamanı ən azı iki əsgər həlak olmuşdu.
Sputnik

BAKI, 24 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin əsgərləri İdlibin şimalında hücuma məruz qalıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Al Masdar News xəbər yayıb.

İlkin məlumatlara görə, İdlibin Sufahan şəhərində Türkiyə ordusuna məxsus hərbi avtomobil əldəqayırma bombanın üzərindən keçib.

Ölən və yaralılar haqda məlumat verilmir.

Sufahan şəhərinin Türkiyənin dəstəklədiyi suriyalıların nəzarətində olduğu bildirilir.

Ötən həftə türk hərbçilər M-4 trasında (Hələb - Latakiya yolu) patrul xidməti apararkən analoji hücuma məruz qalmışdılar. Həmin hadisə zamanı ən azı iki əsgər həlak olmuşdu.