RUSİYA

"G-20" koronavirusa görə toplanır

Sammitin onlayn keçirilməsi nəzərdə tutulur. Peskov Rusiyanın hansı təşəbbüslərlə çıxış edəcəyini açıqlamayıb.
Sputnik

BAKI, 24 mart — Sputnik. "G-20" ölkələrinin koronavirus üzrə toplantısının vaxtı bəlli olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, samiit martın 26-da keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, ölkəsi bu barədə məlumat alıb və hazırlaşır.

Bildirilir ki, sammitin onlayn keçirilməsi nəzərdə tutulur. Peskov Rusiyanın hansı təşəbbüslərlə çıxış edəcəyini açıqlamayıb.

Almaniya Kansleri Angela Merkelin videokonfranslarda iştirakı onun koronavirus testinin nəticələrindən asılı olacaq.