Adətən bayram günlərindən sonra Bakı küçələrində, kafe və restoranlarında adam əlindən tərpənmək olmurdu. Amma bu il vəziyyət kökündən dəyişib. COVID-19 tipli yeni koronavirusun yayılması təhlükəsi iıə bağlı bütün ölkədə xüsusi tədbirlər görülür. Bütün kütləvi tədbirlər, konsertlər, sərgilər, idman yarışları ləğv olunub, muzeylər, teatrlar, kinoteatrlar bağlanıb. Bu gündən isə iri ticarət mərkəzlərinin işləməsi də qadağan olunub.
İnsanlara ehtiyac olmadan küçəyə çıxmamaq, maska taxmaq, şəxsi gigiyenanı qorumaq tövsiyə olunub. Belə bir xüsusi qayda sosial izolyasiya adlanır.
Sputnik Azərbaycan-ın əməkdaşı şəhərin mərkəzi küçələrində olaraq, şəhərin necə yaşadığını fotoaparatın yaddaşına köçürüb.