CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbrahim Məmmədovdan səfərbərliklə bağlı açıqlama

Bu gün Müdafiə Nazirliyi Müddətli qulluq keçən əsgərlərin ehtiyata buraxılması barədə açıqlama yaymışdı
Sputnik

BAKI, 23 mart — Sputnik. “Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi Müddətli qulluq keçən əsgərlərin ehtiyata buraxılması barədə açıqlama yaymışdı. Məlumata görə, Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.